"STP Global Cable" MMC-nin ixrac məbləği artıb. Bu haqda 1 sentyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Şirkət cari ilin 7 ayı ərzində 28 milyon dollarlıq mal ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 milyon dollar və ya 11,6 dəfə çoxdur.
MMC 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 6-cı yeri tutub.