STP Şirkətlər Qrupunun “Sabahın gücü” inkişaf layihəsinin gənc mühəndisləri beynəlxalq konfransda iştirak ediblər. Bu haqda 3 oktyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Sözügedən proyektin iştirakçısı Günel Rəhimli və layihə yoldaşı Aysu Zamanova ABŞ-nin Hyuston şəhərində təşkil olunan "International Congress on Science, sustainability and engineering 2023" adlı konfransda ölkəmizi təmsil ediblər.
Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan gənclərimiz tədbirdə suyun qurğuşun ionlarından təmizlənməsi və codluğunun azaldılması üzrə fosfatla modifikasiya olunmuş maya göbələyindən istifadə etdikləri layihələrini uğurla təqdim ediblər.