Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Bu barədə 23 avqust tarixində mərkəzin səhifəsinə istinadən xəbər veririk.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Sumqayıt Regional Şöbəsinin rəhbər heyəti və əməkdaşları peşə bayramları münasibətilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. İştirakçılar ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olublar. Onlara ulu öndərin həyat və zəngin irsi haqqında məlumat verilib.