Sumqayıtda qəza baş verib. Sumqayıt24 bu haqda 22 dekabr tarixində xəbər verir.
Hadisə Sülh küçəsində baş verib. Məlumata əsasən, “Opel” markalı minik avtomobili arxadan “Toyota”ya çarpılıb. Xəsarət alan yoxdur. Nəqliyyat vasitələrinə ziyan dəyib.