“SUMbuilders” robototexnika komandasının üzvləri beynəlxalq müsabiqəyə qatılıblar. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Gürcüstanın Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetində keçirilən “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir. Komanda üzvləri olan Səxavət Cəfərli və Amin Nəcəfli yarışda mübarizə aparırlar.
Qeyd edək ki, iştirakçılar Sumqayıt Dövlət Universitetinin tələbələridir.