Sumqayıt şəhərinin adı XVIII-XIX əsrlərdə Avropada çap olunmuş xəritədə yer alıb. Bu haqda Sumqayıt24 AZƏRTAC-a istinadən xəbər verir.
Məlumata əsasən, şəhərimizin təməli 1938-ci ildə qoyulub, lakin qeyd etdiyimiz əsrlərdə yaşamış alman kartoqrafı İohann Kristof Matias Reynekenin hazırladığı xəritədə Sumqayıt - Suqayit kimi yazılıb.
Reynekenin hazırladığı “Qafqaz ölkələrinin xəritəsi” 1804-cü ildə Veymar şəhərində Coğrafiya İnstitutunun mətbəəsində nəşr edilib. Bu xəritənin üzərində verilmiş qısa arayışda Azərbaycan türkləri - tatar deyə qeyd olunur.