Sumqayıtda daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb. Bu haqda bu gün, 1 dekabr tarixində APA məlumat yayıb.
42 yaşlı 10-cu mikrorayon sakini Cəsarət Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb. Tibbi prosedurları gözləməklə, Şükürov yaşadığı evə qaytarılıb.
Dünən, 5-ci mikrorayon sakini 22 yaşlı Ədalət Bayramov özünütəcrid qaydalarını pozaraq yaşayış yerini tərk etmişdir.