Sumqayıtda piyadanı avtomobillə vuraraq, hadisə yerindən qacan şəxs saxlanılıb. Bu barədə "Report" məlumat yayıb.
Hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsində baş vermişdir. “Opel” markalı avtomobil yolu keçən 31 yaşlı piyada Seymur Abdulovu vurub. Abdulov xəstəxanada dünyasını dəyişib.
Qəzanı törədən sürücü Sumqayıt şəhər sakini N.Yaqubov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.