Sumqayıtdan Bakıya gedən sürücülər yenə də tıxac ilə qarşılaşıblar. Bu haqda Sumqayıt24-ə bu gün, 10 dekabr tarixində məlumat daxil olub.
Kilometrlərlə uzanan tıxac bu dəfə Abşeron qəbiristanlığı tərəfdən 20 yanvar metrostansiyasınadək çatıb. Bu problemi qismən aradan qaldırmaq üçün, "Saray" yol polisi postundan keçən avtomobillər dayandırılır və hərəkət etmələrinə yalnız 3-5 dəqiqədən sonra icazə verilirdi. Qeyd edək ki, bu tədbirlər saat 08:30-a dək görülüb.
Foto Sumqayıt24