Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tenderin qalibi açıqlanıb. Sumqayıt24 bu haqda 31 avqust tarixində Konkret.az-a istinadən xəbər verir.
Müsabiqələrdən birini “Qaz Oil Building” MMC qazanıb. Şirkət Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadionun şimal-şərqində 2,0 ha ərazidə və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsindəki 1,5 ha torpaq sahəsində tikilən çoxmənzilli yaşayış binalarında qaz sayğacları quraşdıracaq.
Qeyd edək ki, MİDA işlərin aparılması üçün “Qaz Oil Building”ə 143 min 929 manat 32 qəpik ödəyəcək.