Sumqayıtda əhalinin sayı 30 faiz artıb. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Məlumata görə, 2003-cü ildə Sumqayıtda əhalinin sayı 327 min nəfər olub. Hazırda isə şəhər əhalisinin sayı 426 min nəfərdir. Bu da 2003-cü illə müqayisədə təqribən 30 faiz artım deməkdir.