523 saylı avobus xəttinin sürücüsü saxlanılıb. Bu haqda Report məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt-Saray-Xırdalan avtobus xəttinin sürücüsü aktiv koronavirus xəstəsi olduğuna baxmayaraq işə çıxıb. Belə ki, Fəyal İlyasov evdə müalicə almayıb və avtobusu idarə edib. Polis əməkdaşları tərəfindən tibbi prosedurlar gözlənilməklə sürücü yaşadığı ünvana qaytarılıb.
Fəyal İlyasov barəsində araşdırmalar başlanılıb.
Daha öncə, Sumqayıt şəhərində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilmişdir.