Qaraciyər köçürülən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovdan xəbər var. Sumqayıt24 bu haqda 11 oktyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Mədəniyyət işçisi səhhətinin yaxşı olduğunu bildirib:
“Müalicə olunuram. Ev şəraitində dərmanlar qəbul edirəm. Buna baxmayaraq, teatra çıxıram, tamaşalarımı da oynayıram”.
Yalçın Səlimov bu mövsümdə tamaşaların əksəriyyətində rolu olduğunu, Yeni ildən sonra yer alacağı tamaşaların adlarının açıqlanacağını bildirib”.