top
Sumqayıt avtobuslarında baş verənlər – FAKTORLAR
04 noyabr 2023, 06:29
- ↺ +

Sumqayıt avtobuslarında baş verənlər – FAKTORLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. Sumqayıt24 bu haqda 4 noyabr tarixində xəbər verir.

Marşrut avtobuslarında dəfələrlə müxtəlif insidentlər baş verib. Gah sürücü sərnişini, gah sərnişin sürücünü pəncərədən çıxaraq döyür, tez-tez təhqirə, söyüşlərə keçən söz mübahisələri yaşanır. Həmçinin 4, 7, 9, 12A, 30, 33 nömrəli xətlər üzrə hərəkət edən və qəsəbə, bağlara işləyən bir çox nəqliyyat vasitələri yararsız haldadır.

Bəs bu aqressiya, mübahisələr və problemlər nədən qaynaqlanır?

Bildiyimiz kimi, avtobuslarda nağdsız ödənişin ləğvindən 2 il ötür. Minlərlə sakinin minlərlə manatı batıb. Habelə “validator” sistemi ilə sürücülər aylıq maaş almalı idilər. Lakin onun ləğvi əməkhaqlarını “plan”dan asılı edib. Əksər marşrut xətlərində gündəlik “plan” yüksəkdir və 100 manatı ötür. Sürücülər 15-20 manat qazanmaq üçün bir-biri ilə “yarışırlar”. Yorulmalarına baxmayaraq, onlar sutkanın 12-15 saatını sükan arxasında keçirirlər. Asudə vaxtlarının olmadığı üçün yeməklərini də burada yeməli olurlar.

"Pul yarışları”na görə bəzən sürücülər dayanacaqlarda saxlamırlar, sərnişinlərlə anlaşılmazlıq, mübahisə və dava yaranır.

Redaksiyamıza avtobusların baxımsız vəziyyəti, aralarındakı yüksək intervalla bağlı da çox sayda şikayətlər daxil olur. Sürücülərin sözlərinə görə, məsul qurum nəqliyyat vasitələrini, kondisioner sistemlərini təmir etdirmir. Bu səbəbdən avtobuslar bir-bir sıradan çıxır, nəticə etibarilə də interval çoxalır, insanlar isə yollarda qalırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yeni validatorların quraşdırılacağına dair çox sayda vədlər verib. Lakin lazımi addımlar hələ də atılmayıb. Paralel olaraq sürücü-sərnişin mübahisələri, narazılıq, şikayətlər və “plan” ödənişləri artır.

İnsanlar kart sisteminin bərpa edilməsini, pullarının qaytarılmasını tələb edirlər.

Sadalanan problemlərin tez bir zamanda həll olunacağına ümid edirik.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər