Bakı-Sumqayıt-Bakı marşrutu üzrə "Ekspres" qatarı fəaliyyət göstərəcək. Bu haqda 12 oktyabr tarixində Sumqayıt24 Azərbaycan Dəmir Yollarına (ADY) istinadən məlumat verir.
Sərnişin sıxlığını azaltmaq məqsədilə oktyabrın 13-dən etibarən yeni reyslər əlavə edilir.
"Ekspres" qatarı marşrut üzrə heç bir ara stansiya və dayanacaqlarda dayanmadan birbaşa hərəkət edəcək.
İş günləri hərəkət cədvəli:
Bakı-Sumqayıt
06:50 – 07:37;
18:05 – 18:45.
Sumqayıt-Bakı
07:45 – 08:26;
19:20 – 20:05.