top
Sumqayıt Bələdiyyəsi ilə sakinlərin torpaq “davası” - KİM HAQLIDIR?
02 aprel 2025, 05:42
- ↺ +

Sumqayıt Bələdiyyəsi ilə sakinlərin torpaq “davası” - KİM HAQLIDIR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər yerli mətbuatda Sumqayıt Bələdiyyəsi ilə bağlı xəbərlər yayılır. 

Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun tərəfindən Yenixeber.org-un redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Sumqayıt Şəhər Bələdiyyəsinin qanunsuz əməlləri bitmək bilmir:

"Sumqayıt Bələdiyyəsinin qanunsuz əməllərindən şəhər sakinləri boğaza yığılsalar da, çıxış yolu tapılmır. Bir müddət əvvəl Yaşma sakinləri bu əməllərdən bezib, etiraz etmək üçün magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib, bir müddət gözlədikdən sonra "Yaşıl dərə" deyilən əraziyə hücum etmişdilər. Hazırda  isə 76-cı məhəllə ərazisində qanunsuzluqlar davam etməkdədir.

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bəzi əməkdaşları ilə əlbir olan torpaq alveri ilə məşğul olan bir qrup şəxs çıxarış və ya sənəd ala bilməyən ərazilərə çöküb, torpaqları sahiblərinin əlindən alıb satırlar. Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar.

Öz torpaqlarını qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə isə əraziyə özlərini qazi və veteran kimi təqdim edən bir qrup şəxsi göndərib, onları münaqişəyə çəkir, hədə-qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.

Belə ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində mənim və 4 qonşumun sahibliyində və istifadəsində olan torpaq sahələri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bir neçə əməkdaşının havadarlığı ilə bu ilin yanvar ayının əvvəllərindən bir qrup şəxs tərəfindən zəbt edilib. Bizə heç bir xəbərdarlıq edilmədən, axşam saatlarında əraziyə texnika gətirilərək hasarlarımız dağılıb və bizə aid tikinti materialları məhv edilərək, yaxınlıqdakı gölə tökülüb. Ərazi "sənaye, nəqliyyat və rabitə" tipli olduğundan, ora çıxarış almaq mümkün deyil və biz 2013-cü ildən bu ilin axırına qədər də torpaq vergisini ödəmişik.

Bütün aidiyyəti qurumlara müraciət etdik və bizə qarşı tərəfin əlində 3500 kv.m-ə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş icarə müqaviləsi olduğu bildirildı. Amma nə qədər çalışsaq da, o icarə müqaviləsini bizə təqdim edən olmadı. Vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etsək də, qarşı tərəf Bələdiyyənin havadarlığı ilə, heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur.

Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir surətini əldə edə bildik. Həmin müqaviləni araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq  sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb.

Daha sonra bizə məlum oldu ki, bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil. Bir sözlə, bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də, susaraq, bizə məxsus torpaq sahələriFbunin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluğun hələ də davam etməsinə və tikinti aparılmasına baxmayaraq, bizə yardım edə bilən qurum axtarışındayıq.

Onu da bildirim ki, bir dəfə gəlib reyd keçirdilər. Şikayət olunan ərazi qalıb, kasıb insanlara məxsus olan bir az torpaq sahəsini əllərindən alıb, hasarı dağıdıblar. Guya, yoxlanış keçirib, səhvləri tapıblar. Bu da bunların işi. Obyektlər olan ərazilərə isə heç toxunmayıblar".

Sumqayıt24.az məsələni aydınlaşdırmaq üçün Sumqayıt Bələdiyyəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Səbuhi Elnur bildirib ki, adıçəkilən vətəndaşlar ərazidəki torpaq sahələrini qanunsuz olaraq zəbt ediblər:

“Onların həmin torpaq üzərində heç bir hüquqi əsasları yoxdur. Vətəndaşların iddiası heç bir halda hüquqi normalara əsaslanmır. Sumqayıt Bələdiyyəsi olaraq həmin şəxslərin barələrində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etmişik. Barəmizdə yayılan haqsız dezinformasiyanı təkzib edirik.

Nəzərinizə çatdırmaq istəyirik ki, Sumqayıt Bələdiyyəsinin fəaliyyəti hüquqa və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslanır”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Oxşar xəbərlər