Sumqayıtda Zəfər Günü ilə əlaqədar yürüş keçirilib. Sumqayıt24 bu haqda 8 noyabr tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzindən başlayan yürüş Sumqayıt Şəhidlər xiyabanında yekunlaşıb. Tədbirdə hərbçilərlə yanaşı, müxtəlif məktəblərdə təhsil alan şagirdlər və şəhərimizin yüzlərlə sakini iştirak ediblər.