Sumqayıt bulvarında abadlıq-quruculuq işləri həyata keçirilir. Bu haqda 19 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Yaşıllığın artırılması məqsədilə istirahət guşəsində 10 min kv.m. qazon örtüyünün vurulmasına başlanılıb. Əraziyə 10 min ədəd mövsümü güllər əkilir.
Eləcə də bulvarın yeni salınan hissəsində məhəccərlərin təmir-bərpası işləri aparılır. Aidiyyəti qurumların əməkdaşları tərəfindən elektrik dirəkləri boyanır.