“Sumqayıt Bulvar” MMC-də kadr dəyişikliyi olub. Bu haqda 18 avqust tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki MMC-nin baş direktoru Yavər Vəliyev vəzifəsindən azad edilib. Həmin vəzifəyə onun müavini Seymur Məmmədov təyin olunub.
"Sumqayıt Bulvar" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 300 manatdır.