Sumqayıtda deputat Müşfiq Məmmədli vətəndaşları qəbul edib. Bu barədə Sumqayıt24 18 avqust tarixində xəbər verir.
Görüş YAP təşkilatının inzibati binasında baş tutub. Qəbula gələn sakinlər məşğulluq, məhkəmə, sağlamlıq və s. mövzularla bağlı müraciət ediblər. Deputat tərəfindən vətəndaşların qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb, aidiyyəti qurumlara müraciət edilib.