"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Sumqayıtda olub. Bu barədə 6 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzin direktoru Məmməd Kərim, “SUP VC” şirkətinin direktoru Rəşad Eyvazov Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov ilə görüşüblər.
Təhsil ocağında müxtəlif istiqamətlərdə İnnovasiya Yaradıcılıq Mərkəzlərinin yaradılmasının əhəmiyyəti və əməkdaşlıq mövzusu müzakirə olunub.
SDU-nun professor-müəllim və tələbə heyəti üçün "INNOLAND"-in müxətəxəssisləri tərəfindən seminarların keçirilməsi məqsədəuyğun hesab edilib.