"Azərişıq" ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Sumqayıt Elektrik Şəbəkəsi"nə yeni rəis təyin olunub. Bu haqda 6 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Rəis vəzifəsinin icrası Rəşad Hümbətova həvalə olunub. O, bundan əvvəl Sumqayıt RETSİ-nin Sayğac Quraşdırma və Uçota Nəzarət Sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, sabiq rəis Ramil Məmmədovun bu ilin sentyabr ayında vəzifəsindən azad olunması haqda məlumat vermişdik.