Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi baş tutub. Sumqayıt24 bu haqda 13 iyul tarixində məlumat verir.
Düşərgə Tərtər Olimpiya İdman Kompleksində keçirilib. Burada Sumqayıt gəncləri 5 nəfərlə təmsil olunublar. Ümumilikdə 60 gəncin iştirak etdiyi düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, intellektual və idman oyunları, həmçinin iməcilik keçirilib.