Sumqayıt şəhərindəki “Grandmart”-da baş verən yanğının təfərrüatları məlum olub. Sumqayıt24 bu barədə 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Supermarket onmərtəbəli yaşayış binasının ilk 2 mərtəbəsində yerləşir. Ümumi sahəsi 1050 kv.m olan mağazanın anbarında karton taralar, 10 kv.m sahədə taxta altlıqlar, tikilinin 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, 50 kv.m sahədə ərzaq malları və 4 ədəd kondisioner yanıb.
Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.
Daha öncə yanğının baş verməsi haqda məlumat vermişdik.