Sumqayıt hotellərinin əldə etdiyi gəlir açıqlanıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən hotel və hotel tipli obyektlər ümumilikdə 468 milyon 523 min 800 manat qazanıb. Həmin məbləğin 1 milyon 323 min 800 manatı Sumqayıt şəhərinin payına düşüb.