Bağlanılan ipoteka müqavilələrinin statistikası açıqlanıb. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində xəbər verir.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 2 saylı Sumqayıt ərazi idarəsində son 9 ay ərzində 3318 müqavilə bağlanılıb. Bu, bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
Həmçinin hesabat dövründə ölkə üzrə girov mənzillərin 93,4%-i Bakı, Abşeron və Sumqayıtın payına düşür.