"STP Global Cable" MMC ixrac zonasını genişləndirir. Bu haqda 20 dekabr tarixində Sumqayıt24 İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən məlumat verir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan şirkət istehsal etdiyi kabel məhsullarını İndoneziyaya ixrac etməyə başlayıb.
İlkin mərhələdə bu ölkəyə təqribən dəyəri 200 min manatdan çox məhsul satışı həyata keçirilib.
Qeyd edək ki, zavodda istehsal edilən məhsullar “Made İn Azerbaijan” brendi adı altında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan, Rumıniya, Gürcüstan kimi ölkələrə ixrac edilir.