Sumqayıtda "Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı" mövzusunda təlim baş tutacaq. Bu barədə 22 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat veririk.
KOBİM-in eksperti tərəfindən keçiriləcək seminar avqustun 26-sı saat 12:00-da təşkil olunacaq. İştirak ödənişsizdir.
Əlaqə nömrəsi: (055) 209 30 75.
Ünvan: Heydər Əliyev prospekti, 36-cı məhəllə (Mərkəz Plaza, 5-ci mərtəbə).