Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev tədbirdə çıxış edib. Sumqayıt24 bu haqda 20 dekabr tarixində xəbər verir.
Sözügedən tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı çərçivəsində Bakıda keçirilib. Mövzu “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə” olub. Z. Hacıyev beynəlxalq konsultant mühafizə orderlərinə dair beynəlxalq standartlar və qabaqcıl təcrübələr barədə təqdimatla çıxış edib. 30-a yaxın hakim və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları isə öz təcrübələrini bölüşüblər.