Sumqayıt tədris ocağının 3 sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu haqda 1 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
İsmət Qayıbov adına 1 nömrəli məktəbin 11a, 11 b, 11e siniflərinin şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar.
Məzunlardan 5 nəfər 600 baldan, 6 nəfər isə 550 baldan yüksək nəticə göstəriblər.
Məktəblilərin sinif rəhbərləri Esmira Rəşidova, Mətanət Baxşıyeva və Pakizə Babayevadır.