Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə “Python proqramlaşdırma dili: Siyahılar” mövzusunda vebinar keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Təhsil İnstitutu tərəfindən təşkil olunan vebinarda spiker olaraq Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbin informatika müəllimi Anar Talıblı çıxış edəcək. Onlayn seminar aprelin 3-də saat 16:00-da baş tutacaq.
Qeyd edək ki, vebinar Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.