Prezident təqaüdünə layiq görülən Sumqayıt məktəbləri məzunlarının sayı məlum olub. Bu haqda 20 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 18-i Sumqayıt ümumi təhsil müəssisələrinin məzunlarıdır.
Qeyd edək ki, cari il üzrə Azərbaycanın ən çox Prezident təqaüdçüsü olan məktəbi məhz Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.