Sumqayıtda “İqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda təlimlər sona çatıb. Sumqayıt24 bu barədə 16 oktyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
3 günlük teatr xarakterli təlimin məqsədi məktəblilərdə ekoloji savadlılığı artırmaq, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və qeyri-formal təhsil metodlarını təşviq etmək olub.
Görüş zamanı şagirdlər forum teatr vasitəsilə ətraf mühitdə yaranmış problemləri işıqlandırıblar.