Sumqayıtlı yeniyetmə "Zəfər dastanı" adlı müsabiqənin qalibi olub. Sumqayıt24 bu haqda 15 noyabr tarixində xəbər verir.
Onlayn respublika şeir və mahnı yarışı Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilib.
Müsabiqənin mahnı nominasiyası üzrə Sumqayıt şəhər 36 nömrəli məktəbin 9a sinif şagirdi Zəhra Baxışova I yerə layiq görülüb. O, diplomla təltif olunub.