Sumqayıt Melioservis İdarəsi Qazax rayonunda əsaslı təmir işləri həyata keçirir. Bu haqda 30 avqust tarixində Sumqayıt24 Fed.az-a istinadən xəbər verir.
Tikinti və quraşdırma işləri rayonun Şıxlı kəndi ərazisində aparılır. Layihə çərcivəsində 700 hektara yaxın əkin sahəsinin suvarılması yaxşılaşacaq. Xram çayından götürülən suyun borular vasitəsilə sahələrə verilməsi nəticəsində bu vaxta qədər suvarılması çətin olan ərazilər də suvarma suyu ilə təmin olunacaq.
Artıq rayonun müxtəlif ərazilərində texnikalar və idarənin işçi heyəti tərəfindən boru xətlərinin çəkilməsi və nasos stansiyalarının ətrafının abadlaşdırılması işləri davam etdirilir.