Sumqayıt şəhəri Milli Məclisin müzakirəsinə çıxarılacaq. Sumqayıt24 bu haqda 14 oktyabr tarixində xəbər verir.
Oktyabrın 17-də parlamentin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. Bunlardan biri “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsidir.