Sumqayıtda muğam ustalarının konserti təşkil olunacaq. Bu haqda 23 mart tarixində Sumqayıt24 Azərtac-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert bu gün saat 14:00-da Sumqayıt Muğam Mərkəzində baş tutacaq. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.