Sumqayıtda buraxılış imtahanlarında yaxşı nəticə göstərən 10 məktəbin siyahısı açıqlanıb. Bu haqda Təhsil Şöbəsinin Facebook səhifəsində məlumat paylaşılıb.
Şöbənin müdir müavini Ramin Abasovun dediyinə görə, 2020/2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanlarında həm Respublika, həm də şəhərimiz üzrə ən yaxşı nəticəni Təbiət elmləri təmayüllü gimnaziya nümayiş etdirib. Texniki və təbiət elmləri, İstedad və Təfəkkür liseyləri, 21, 11, 23, 30, 24, 35 və 1 nömrəli məktəblər isə yaxşı nəticə göstərənlər arasında ilk onluqda qərarlaşıblar.