Sumqayıtda dünyaya gələn aşağı çəkili körpənin müalicəsi tamamlanıb. Bu haqda 19 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində 850 qram çəki ilə doğulan körpə 2 aya yaxın müddət ərzində tibb məntəqəsində müalicə alıb.
Körpə sağlam vəziyyətdə 2335 qram çəki ilə evə yazılıb.