Sumqayıt Qaz İstismar İdarəsində kadr dəyişikliyi baş tutub. Bu haqda 9 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Qurumun rəisi Vəli Sadıqov vəzifəsindən azad olunub, onun yerinə isə Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov təyinat alıb.
Qeyd edək ki, V. Sadıqov Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışacaq.