Elm və Təhsil Nazirliyi “Zəfər düşərgəsi” təşkil edib. Sumqayıt24 bu barədə 8 dekabr tarixində xəbər verir.
Düşərgə Zuğulba tədris-idman bazasında keçirilib. Burada Sumqayıtla yanaşı, Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Beyləqan və Füzuli məktəblərindən 40 şagird iştirak edib. Dünyaca məşhur fotoqraf Reza Deqati öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran suallara cavab verib.
Uşaqlar düşərgə çərçivəsində məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar.