Sumqayıtda Xocavənddə minaya düşərək şəhid olan polis əməkdaşı Ramil Şirinovla vida mərasimi keçirilir. Bu haqda 20 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Mərasim 18-ci mikrorayonda, şəhidin yaşadığı evdə keçirilir. Burada mərhumun doğmaları və yaxınları, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.