Sumqayıt sakini narkotik vasitənin təsir altında avtomobil idarə edib. Bu haqda 28 oktyabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Polis əməkdaşları tərəfindən YPX postunda “Ford Transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.
Eyni zamanda avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edilərək götürülüb.