H.Z. Tağıyev qəsəbəsində əl qumbarası aşkar edilib. Bu haqda 25 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Sumqayıt şəhər sakini, 33 yaşlı Emin Məmmədov üzərindən 1 ədəd istifadəyə yararlı "F-1" əl qumbarasının gövdəsi və 1 ədəd əl qumbarasına məxsus "UZRQM" tipli partlayıcı tapılıb.
Polis əməkdaşları tərəfindən hərbi sursat müsadirə edilib.
Faktla bağlı araşdırma aparılır.