Sumqayıtda 28 yaşlı gənci elektrik cərəyanı vurub. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
Hadisə 17-ci mikrorayon ərazisində baş verib. Şəhər sakini Fərid Əsgərov administrator işlədiyi "Express" avto yağdəyişmə məntəqəsində elektrik cərəyanı vurub. Yanıq xəsarətləri alan F. Əsgərov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.