top
Sumqayıt ŞİH elektrik skuterləri qadağan edib? - RƏSMİ CAVAB
03 fevral 2026, 15:56
- ↺ +

Sumqayıt ŞİH elektrik skuterləri qadağan edib? - RƏSMİ CAVAB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində elektrik skuterlərinin qadağan olunduğu bildirilir.

 

Sumqayit24.az-a müraciət edən sakinlərin iddiasına görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti qeyri-rəsmi göstəriş verib. Onlar Bakı şəhərində skuterlərin geniş şəkildə fəaliyyət göstərdiyini, bu nəqliyyat vasitələrinin tıxacdan yayınmağa, vaxt itkisinin qarşısını almağa kömək etdiyini, Sumqayıt sakinlərinin isə bu imkandan məhrum olduğunu bildirirlər.

 

Sumqayit24.az-ın əməkdaşı iddianın nə doğru olub-olmadığını öyrənmək üçün İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb. E.Qocayev sorğuya cavab olaraq bildirib ki, şəhər mobilliyi, yol infrastrukturunun formalaşdırılması, o cümlədən velosiped və kiçik elektrikli nəqliyyat vasitələri üçün hərəkət mühitinin təşkili aidiyyəti qurumlar tərəfindən həyata keçirilir, yol hərəkətinin təhlükəsizliyi və qaydalara riayət olunmasına isə müvafiq nəzarət mexanizmləri tətbiq olunur:

 

"Bu günədək Sumqayıt Şəhər İcra Hakimiyyətinə elektrikli skuterlərin istifadəsinin qadağan olunması ilə bağlı rəsmi müraciət və ya bildiriş daxil olmayıb. Eyni zamanda, şəhər ərazisində, o cümlədən Sumqayıt bulvarında elektrikli skuterlər üçün bir neçə nöqtədə dayanacaq yerlərinin yaradılması bu nəqliyyat vasitələrinin şəhər mobilliyinin bir hissəsi kimi nəzərdə tutulduğunu göstərir.

 

Qeyd edirik ki, elektrikli skuterlər və digər kiçik nəqliyyat vasitələri mövcud yol hərəkəti qaydalarına uyğun şəkildə istifadə edilməlidir. Belə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar olduqda onlardan istifadə olunmalı, səkilərdə hərəkətə yol verilməməli, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə xələl gətirilməməlidir. Qayda pozuntuları aşkar edildiyi hallarda qanunvericiliyə uyğun tədbirlər görülür.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərdə ekoloji cəhətdən təmiz və alternativ nəqliyyat vasitələrinin inkişafını, eyni zamanda təhlükəsizlik, intizam və qarşılıqlı məsuliyyət prinsiplərinə əməl olunmasını vacib hesab edir və bu sahədə aidiyyəti qurumlarla əməkdaşlığı davam etdirir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Bu gün, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Bu gün, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Bu gün, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Bu gün, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Oxşar xəbərlər