Sumqayıt Kimya Sənaye Parkı sərgidə təmsil edilib. Sumqayıt24 bu haqda 9 sentyabr tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq "Aquatherm Almaty 2023" sərgisinə qatılıb.
Tədbirdə şirkətin istehsal etdiyi polad borular, polietilen məmulatlar, çuqun tökmə məmulatları və s. məhsullar “Made In Azerbaijan” brendi ilə sərgilənib.