Sumqayıtda fəaliyyət göstərən "Azərsulfat" MMC məhkəməyə verilib.
Fed.az-ın məlumatına əsasən, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 10-20%-dək, hüquqi şəxslər isə 20-30%-dək məbləğdə cərimə edilir.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.