Tibb işçiləri qazilərə və şəhid ailələrinə baş çəkiblər. Sumqayıt24 bu haqda 25 oktyabr tarixində xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin (STM) direktor müavini Arzu Bəndəliyeva, 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) baş həkim əvəzi Sevinc Əkbərova və əməkdaşları Vətən müharibəsi qaziləri Şahin Rəhimov, Rəvan Əzizov, Xəzər Mirzəyevi, şəhidlər Ruslan Məmmədov, Şəhriyar Quliyev, Kamran İsmayılovun ailə üzvlərini ziyarət ediblər.
Kollektiv onların səhhəti ilə yaxından maraqlanıb.