“Könüllü TƏBİB” layihəsinə start verilib. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində xəbər verir.
İlkin mərhələdə proqrama 2 nömrəli Bakı Baza Tibb Kollecinin və Azərbaycan Tibb Universitetinin tələbələri qoşulublar. Onlar TƏBİB-nin tabeliyindəki bir çox tibb ocağı ilə yanaşı, Sumqayıt Tibb Mərkəzində könüllülük fəaliyyəti ilə məşğul olublar.
İştirakçılara TƏBİB, icbari tibbi sığortanın tətbiqi, ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə göndərişlərin verilməsi və tənzimlənməsi, etik davranış qaydaları, vətəndaşlarla ünsiyyət bacarıqları barədə təlimlər keçirilib.